Bu gün:

“Barselona” 2005/06 formasını yenidən satışa çıxarıb


“Barselona” və “Nayk” klubun 2005/06 mövsümünə aid azarkeşlər üçün nəzərdə tutulan məşhur formasını yenidən satışa buraxıb.

“Barselona”nın qırmızı-göy zolaqlı forması

24media.az "fcbarcelona"ya istinadən bildirir ki, həmin mövsümdə Kataloniya təmsilçisi Çempionlar Liqasının finalında “Arsenal”ı 2:1 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə bu turnirin qalibi olub. 


Komanda eyni zamanda, La Liqa çempionluğunu da qazanaraq 18-ci titulunu əldə edib. Heyətdə bir çox ulduz futbolçu yer alsa da, xüsusilə, Ronaldinyo yadda qalan sima olub. Braziliyalı futbolçu “Real Madrid”ə qarşı səfərdə 3:0 hesablı qələbədə vurduğu iki qolla möhtəşəm performans göstərmiş və hətta rəqib azarkeşlər tərəfindən alqışlanıb. Eyni ildə Ronaldinyo “Qızıl top” mükafatını qazanaraq Frenk Lempard və Stiven Cerrardı geridə qoyub.


Yenilənmiş forma klassik “Nayk Total 90” dizaynını əks etdirir. Ənənəvi blauqrana rəngləri və sarı detallarla hazırlanıb. Azarkeşlər formanı klubun rəsmi onlayn mağazasından, “Kamp Nou”dakı mağazadan və “Nike SNKRS” tətbiqi vasitəsilə əldə edə bilərlər. Bazar ertəsindən satış daha geniş çərçivədə davam edəcək.

Nazim Xeyrxəbərli 

Paylaş