Bu gün:

Bernardo Silva yay transfer pəncərəsində klubunu dəyişə bilər


"Barselona" "Mançester Siti" oyunçusunun transferi üçün iki şərt irəli sürüb.

Bernardo Silva

"Vesti.kz"nin məlumatına görə, Barselona" portuqaliyalı oyunçunu izləyir, lakin onun "Kataloniya" klubuna keçidi iki şərtlə baş tutacaq: maaşının azaldılması və heyətdə ikinci dərəcəli rola razılıq.

31 yaşında Silva çox yönlü və yüksək bacarıqlı oyunçu olaraq qalır və bir neçə mövqedə təsir bağışlaya bilir. Onun təcrübəsi və bacarığı böyük klubların diqqətini cəlb edib və hazırda "Yuventus" ona aparıcı rol və daha əlverişli maliyyə şərtləri təklif edir.

Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et