Bəhreyndə baş verən partlayışda istifadə olunan “Patriot” hava hücumundan müdafiə sisteminə aid raketin ABŞ tərəfindən idarə olunduğu ehtimal edilir.

Sitra adasında neft zavoduna zərbədən sonra tüstü qalxır, REUTERS
Məlumata görə, hadisə Bəhreynin Sitra adasında yerləşən “Bapco” neft emalı zavodu ərazisində qeydə alınıb. Partlayış nəticəsində ərazidə güclü tüstü müşahidə olunub. Hadisə regionda davam edən ABŞ–İsrail və İran arasındakı gərginlik fonunda baş verib.
Aparılan ilkin analizlər göstərir ki, partlayışa səbəb olan raket “Patriot” sisteminə məxsus olub. Bəhreyn tərəfi də bu faktı qismən təsdiqləyərək, hadisədə həmin tip raketin iştirak etdiyini bildirib.
Ekspertlər qeyd edirlər ki, “Patriot” sistemləri adətən ABŞ hərbi qüvvələri tərəfindən idarə olunur və onların istifadə edilməsi regionda hərbi-siyasi vəziyyətin daha da mürəkkəbləşdiyini göstərir.
Hadisənin detalları və məsul tərəflərlə bağlı araşdırmalar davam etdirilir. Rəsmi qurumlar hələlik əlavə geniş məlumat açıqlamayıb.
Mənbə: Reuters
Tərcümə etdi: Zəhra Məlikova
