Yaxın Şərqdə gərginlik artmaqda davam edir. İranla bağlı hərbi qarşıdurma artıq üçüncü həftəsinə daxil olarkən vəziyyətin nəzarətdən çıxdığı bildirilir. Analitiklər hesab edirlər ki, proseslər gözlənildiyindən daha mürəkkəb və idarəolunmaz xarakter alıb.

Məlumata görə, İran ABŞ və İsrail tərəfindən həyata keçirilən zərbələrə baxmayaraq mövqeyindən geri çəkilmir. Rəsmi Tehran regionda təsirini qorumağa çalışır və müttəfiqləri də Vaşinqtonun çağırışlarına qoşulmaqdan imtina edirlər.
Ekspertlər bildirirlər ki, ABŞ-nin Donald Tramp tərəfindən qəbul edilən qərarları vəziyyətin daha da gərginləşməsinə səbəb olub. Onların fikrincə, strategiyanın düzgün hesablanmaması və aydın çıxış planının olmaması münaqişənin genişlənməsinə gətirib çıxarıb.
Hazırda regionda hərbi və siyasi risklər yüksək olaraq qalır. Mütəxəssislər vəziyyətin daha da eskalasiya edə biləcəyi barədə xəbərdarlıq edirlər.
Mənbə: Reuters
Tərcümə etdi: Zəhra Məlikova
