Yaponiyanın baş naziri Sanae Takaichi ABŞ-yə səfəri çərçivəsində Ağ evdə prezident Donald Trump ilə görüş keçirib.

ABŞ və Yaponiya liderləri ticarət sazişini imzalayır, REUTERS
Görüş zamanı tərəflər ABŞ–Yaponiya münasibətlərinin cari vəziyyətini, iqtisadi əməkdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Xüsusilə Yaxın Şərqdəki vəziyyət və İranla bağlı məsələlər danışıqların əsas mövzularından biri olub.
Donald Tramp administrasiyasının regionda apardığı siyasət fonunda Yaponiyanın mümkün rolu da gündəmə gətirilib. Məlumata görə, Vaşinqton Tokionun müəyyən istiqamətlərdə dəstəyinə ümid edir.
Sanae Takaichi isə Yaponiyanın beynəlxalq sabitlik və təhlükəsizliyin qorunmasına töhfə verməyə hazır olduğunu bildirib. O, ölkəsinin diplomatik və iqtisadi vasitələrlə proseslərdə iştirak imkanlarını nəzərdən keçirdiyini qeyd edib.
Danışıqlarda, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və investisiya əməkdaşlığının genişləndirilməsi məsələləri də müzakirə olunub.
Ekspertlər bu görüşü ABŞ və Yaponiya arasında strateji tərəfdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli hesab edirlər.
Mənbə: Reuters
Tərcümə etdi: Zəhra Məlikova
