Avropanın bir sıra futbol klubları UEFA-ya müraciət edərək UEFA Çempionlar Liqası qaydalarında dəyişiklik edilməsini istəyiblər. Təklifə əsasən, eyni ölkədən olan komandaların liqa mərhələsində bir-biri ilə qarşılaşmasına icazə verilməsi tələb olunur.
UEFA Çempionlar Liqasının rəsmi loqosu
Narazılığın əsas səbəbi İngiltərə Premyer Liqası klublarının artan gücünün digər komandalar üçün daha çətin rəqabət yaratmasıdır.
Hazırkı qaydalara əsasən, liqa mərhələsində “ölkə qoruması” tətbiq olunur və eyni ölkə komandaları qarşılaşmır. Lakin bu vəziyyət bəzi klubların daha güclü rəqiblərlə üzləşməsinə səbəb olur. Məsələn, Real Madrid və PSJ kimi komandalar İngiltərə təmsilçiləri ilə daha çox oyun keçirməli olublar.
Hazırda məsələ ilə bağlı müzakirələr davam edir və yaxın vaxtda qaydalarda dəyişiklik gözlənilmir. Bununla belə, İngiltərə klublarının üstünlüyü səbəbindən bu mövzunun yenidən gündəmə gələcəyi ehtimal olunur.
Fatimə Salmanlı
