Bu gün:

Real üçün itki: Kurtua 6 həftə yoxdur


Real Madridin qapıçısı Tibo Kurtua zədə səbəbindən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Real Madridin Tibo Kurtuası oyundan sonra məyus görünür

24media.az saytı Reuters-in  19 mart 2026-cı il tarixli məlumatına əsasən bildirir ki, qolkiperin sağ ayağının bud əzələsində (kvadriseps nahiyəsində, rektus femoris) zədə aşkarlanıb. Klubun tibbi heyəti tərəfindən aparılan müayinələrdən sonra bu diaqnoz təsdiqlənib. Klubun rəsmi açıqlamasında bildirilib ki, futbolçunun vəziyyəti nəzarət altında saxlanılır. Bu zədə səbəbindən Kurtua gələn ay keçiriləcək Çempionlar Liqası çərçivəsində Bavariya Münhen ilə baş tutacaq 1/4 final oyunlarını buraxacaq. Bu isə Madrid təmsilçisi üçün ciddi itki hesab olunur.

Mələk Nəsirli

Paylaş
Şərh əlavə et