UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İngiltərənin “Arsenal FC” klubu doğma meydanda Almaniya təmsilçisi “Bayer 04 Leverkusen” ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb.

Deklan Rays vurduğu qolu belə qeyd edir.
24media.az sporx.com-a istinadən xəbər verir ki, Emireyts stadionunda keçirilən oyunda “Arsenal”a qələbəni gətirən qollar 36‑cı dəqiqədə Eberechi Eze və 63‑cü dəqiqədə Deklan Rays tərəfindən vurulub. London təmsilçisi orta səviyyəli pressinq və sürətli hücumlarla rəqibin müdafiə xəttində boşluqlar yaratmağa nail olub.
İlk oyun 1:1 hesabı ilə başa çatmışdı və cavab oyunundakı qələbə ilə “Arsenal” 1/4 finalda Portuqaliyanın “Sporting CP” klubunun rəqibi olub.
Komanda artıq qarşıdakı mərhələyə tam hazırdır və həm hücum, həm də müdafiədə yüksək performans nümayiş etdirməyə çalışacaq.
Ömər Cəfərov
