"Qarşıyaxa" futbol klubunun hücumçusu Ömər Faruq Sezgin oynadığı 9 qarşılaşmada 9 qol vuraraq yaddaqalan performans göstərib.
Ömər Faruq Sezgin və komanda yoldaşlarının qələbə sevinci
"Qarşıyaxa" klubunun futbolçusu mərc fəaliyyətində iştiraka görə 8 aylıq diskvalifikasiya alıb. Lakin oxşar hallarda bəzi futbolçulara 45 günlük cəza verilməsi misal göstərilərək cəzanın azaldılması üçün Türkiyə Futbol Federasiyasına müraciət edilib. Federasiya müraciəti nəzərdən keçirdikdən sonra 26 yaşlı hücumçunun cəzasını azaldıb və futbolçu yenidən oyuna buraxılıb.
Komandaya qoşulduqdan sonra qısa müddətdə uyğunlaşan təcrübəli oyunçu vurduğu qollarla "Qarşıyaxa"nın hücum gücünə ciddi töhfə verib. Oyun çatışmazlığını tezliklə aradan qaldıran Ömər Faruq Sezgin yaşıl-qırmızılı formada çıxdığı 9 oyunda 9 qol vurub.
Mənbə: TRT Sports
Tərcümə etdi: Fəqan Nurullazadə
