Bu gün:

PSJ-nin baş məşqçisi Safonovu yüksək səviyyəli qapıçı adlandırıb


PSJ-nin baş məşqçisi Luis Enrike rusiyalı qapıçı Matvey Safonovu yüksək səviyyəli oyunçu adlandırıb.

Matvey Safonov

"Çempionlar Liqasında, xüsusən də pley-off mərhələsində yüksək səviyyəli qapıçı olmadan səfərdə qalib gəlmək mümkün deyil. Bizdə Safonov və [Lukas] Şevalye var. Belə yaxşı qapıçılarım olduğu üçün şanslıyam", - Enrike bildirib.

Daha əvvəl Fransa mediası Safonovu Çempionlar Liqasının 1/8 final mərhələsinin ikinci oyununda "Çelsi" ilə PSJ arasında keçirilən oyunun ən yaxşı oyunçusu adlandırıb. Parislilər 3-0 hesabı ilə qalib gələrək turnirin növbəti mərhələsinə yüksəliblər. Rusiyalı futbolçu doqquz seyv və komandasının hücumçusu Xviça Kvaratsxeliyə məhsuldar ötürmə edib.

Mənbə: Lenta.ru

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et