Bu gün:

Mikki van de Ven: “Tottenhem” futbolçularının laqeyd olduğu iddiaları absurddur


“Tottenhem Hotspur” klubunun müdafiəçisi Mikki van de Ven komandanın hazırkı vəziyyətinə futbolçuların biganə yanaşdığı ilə bağlı fikirləri təkzib edib. O bildirib ki, bu iddialar reallığı əks etdirmir və “tamamilə absurddur”.

Mikki van de Ven oyun zamanı

Bu barədə məlumatı BBC-sport yayıb. Məlumata görə, Tottenhem Hotspur hazırda Premyer Liqa cədvəlində 16-cı pillədədir və aşağı zona ilə fərq cəmi bir xaldır. Mövsümün sonuna isə səkkiz oyun qalır.

Van de Ven qeyd edib ki, komanda daxilində hər kəs vəziyyəti düzəltmək üçün çalışır və yayılan iddialar əsassızdır. Onun sözlərinə görə, bu cür xəbərlər həm futbolçulara, həm də azarkeşlərə mənfi təsir göstərir.

Komanda Atletiko Madrid ilə Çempionlar Liqası oyununa hazırlaşır. İlk qarşılaşmada London təmsilçisi 2:5 hesabı ilə məğlub olub.

Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et