Bu gün:

Tramp Çin səfərini təxirə salmağı planlaşdırır


ABŞ Prezidenti Donald Trump Çinə planlaşdırılan mühüm səfərini təxminən bir ay təxirə salmaq niyyətində olduğunu bildirib. O, bu qərarın səbəbi kimi İranla bağlı davam edən müharibəni göstərib.

ABŞ Prezidenti Donald Trump və Çin Prezidenti Xi Jinping görüşdə, BBC News 

Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp qeyd edib ki, səfərin vaxtının dəyişdirilməsi ilə bağlı rəsmi müraciət edilib. Onun sözlərinə görə, hazırda əsas prioritet ABŞ-nin iştirak etdiyi hərbi vəziyyətə nəzarət etməkdir:

“Səfəri təxminən bir ay gecikdirməyi xahiş etmişik. Müharibəyə nəzarət etmək üçün burada olmağım vacibdir”.

Planlaşdırılan görüş ABŞ və Çin arasında yüksək səviyyəli danışıqların bir hissəsi kimi nəzərdə tutulurdu. Trampın Çinə səfəri zamanı Çin Prezidenti Si Cinpin ilə görüşməsi gözlənilirdi.

Analitiklər hesab edirlər ki, bu görüş iki ölkə arasında iqtisadi və siyasi münasibətlərin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin mövcud geosiyasi vəziyyət, xüsusilə İranla bağlı gərginlik ABŞ rəhbərliyinin diqqətini daxili və hərbi məsələlərə yönəltməsinə səbəb olub.

Qeyd edək ki, Tramp və Si Cinpin sonuncu dəfə oktyabr ayında görüşüblər. Həmin görüşdə ticarət, təhlükəsizlik və beynəlxalq siyasət məsələləri müzakirə olunub.

Mənbə: BBC News

Tərcümə etdi: Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et