Bu gün:

"Neftçi"-nin gənc oyunçusu Murad Məmmədov ağ-qaralarla vidalaşacaq


Karyerasını Kiprdə davam etdirəcək futbolçu "Pafos" klubu ilə razılaşıb.

Murad Məmmədov

Mövsümün sonuna qədər "Neftçi"-də qalacağı bildirilən Məmmədovun Kipr təmsilçisi ilə 4 illik müqavilə imzalayacağı güman edilir.

Qeyd edək ki,dünən,15 mart tarixində Bakı klubunun "Qəbələ" ilə baş tutan matçından sonra azərkeşlər yarımmüdafiəçinin klubdan ayrılmasına məyus olublar. Oyunun 74-cü dəqiqəsində meydana çıxan 19 yaşlı futbolçu cəmi 3 dəqiqə ərzində rəqibin qapısına qol vurmağa nail olub. İrəliləyən dəqiqələrdə ikinci qolu atmağa çox yaxınlaşsa da, zərbə qapıçı Səlahət Ağayev tərəfindən dəf edilib.



Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et