Bu gün:

"Benfika" son dəqiqə qolu ilə qələbə qazanıb


Portuqaliya Premyer Liqasının 26-cı turunda “Benfika” səfərdə “Arouca” ilə qarşılaşıb. Municipal de Arouca stadionunda keçirilən görüş qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Benfika” futbolçuları vurulan qoldan sonra komanda yoldaşları ilə birlikdə sevinc yaşayır.

24media.az sporx.com-a istinadən bildirir ki, oyuna daha fəal başlayan meydan sahibləri erkən hesab açmağa nail olublar. “Arouca” 7-ci dəqiqədə qazandığı penalti zərbəsini Barbero dəqiq yerinə yetirərək hesabı açıb.

Fasilədən sonra oyunun gedişatını dəyişən “Benfika” 50-ci dəqiqədə Riçard Riosun qolu ilə tarazlığı bərpa edib.

Matçın son dəqiqələri dramatik alınıb. 90-cı dəqiqədə hər iki komanda azlıqda qalıb: “Arouca”nın futbolçusu Alfonso Trezza və “Benfika”nın müdafiəçisi Amar Dediç qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıblar.

Görüşün taleyi əlavə olunmuş vaxtda həll olunub. 90+6-cı dəqiqədə Franyo İvanoviç rəqib qapısına yol taparaq “Benfika”ya vacib üç xalı qazandırıb.

Bu qələbə ilə “Benfika” xallarını 62-yə çatdırıb. “Arouca” isə 26 xalla qalıb.

Növbəti turda “Benfika” səfərdə “Vitoriya Gimaraeş”in qonağı olacaq, “Arouca” isə “Moreirense” ilə qarşılaşacaq.

Ömər Cəfərov

Paylaş
Şərh əlavə et