"Real Madrid" Bernabeu stadionunda "Elçe" üzərində böyük hesablı qələbə qazanaraq La Liqa çempionluğu uğrunda mübarizədə daha üç xal əldə edib.

Arda Gülərin komanda yoldaşları ilə qol sonrası sevinci
Oyunun taleyi birinci hissənin son dəqiqələrində həll olunmağa başlayıb. Əvvəlcə Rüdiger vole zərbəsi ilə hesabı açıb, ardınca Valverde möhtəşəm qolla fərqi artırıb. İkinci hissədə Xoysen Yanyesin ötürməsindən sonra baş zərbəsi ilə üçüncü qolu vurub. Qonaq komanda isə hesab arasındakı fərqi bir qədər azaldıb. Oyunun ən yadda qalan anı isə sonda yaşanıb. Gülər öz meydan yarısından vurduğu möhtəşəm qolla qələbəni daha da möhkəmləndirib. Bu cür qol Bernabeu stadionunda uzun müddətdir ki, görülməyib.
Nazim Xeyrxəbərli
