Bu gün:

"Napoli"-dən möhtəşəm geridönüş


İtaliya A Seriyasının 29-cu turunda “Napoli” doğma azarkeşləri önündə “Leççe”-ni qəbul edib və oyunda geridönüş edərək vacib qələbə qazanıb.

"Napoli" futbolçularının qələbə sevinci

24media.az sporx.com-a istinadən xəbər verir ki, Diego Armando Maradona stadionunda keçirilən qarşılaşmaya qonaq komanda daha fəal başlayıb. Oyunun 3-cü dəqiqəsində Jamil Siebert dəqiq zərbə ilə “Leççe”-ni hesabda önə keçirib. İlk hissə qonaqların 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Fasilədən sonra meydan sahibləri oyunun gedişatını dəyişməyi bacarıb.

İkinci hissənin əvvəlində, 46-cı dəqiqədə Rasmus Højlund hesabı bərabərləşdirərək komandasını yenidən oyuna qaytarıb. Hücumlarını davam etdirən neapollular 67-ci dəqiqədə Matteo Politanonun qolu ilə önə keçərək möhtəşəm geridönüşə imza atıblar.

Qalan dəqiqələrdə hesab dəyişməyib və “Napoli” 2:1 hesablı qələbə ilə üç xalı aktivinə yazdırıb.

Bu nəticə ilə ardıcıl üçüncü qələbəsini qazanan “Napoli” xallarını 59-a yüksəldərək turnir cədvəlinin üçüncü pilləsində mövqeyini möhkəmləndirib. 27 xalı olan “Leççe” isə 16-cı sırada qərarlaşıb.

Növbəti turda “Napoli” öz meydanında “Kalyari”-ni qəbul edəcək. “Leççe” isə səfərdə “Roma” ilə qarşılaşacaq.  

Ömər Cəfərov

Paylaş
Şərh əlavə et