“Barselona”nın yarımmüdafiəçisi Pablo Qavi uzun müddət davam edən zədədən sonra yenidən komandaya qayıdıb. Bildirilib ki, o, “Sevilya” ilə oyun üçün heyətə daxil edilə bilər.

Hensi Flik Qavinin komandaya yenidən qayıtması haqqında fikirlərini bildirir
24media.az "FCBarcelona"ya istinadən verir ki, klubun məlumatına görə, futbolçu sağ dizindəki menisk əməliyyatından sonra tam sağalıb. O, 23 sentyabr 2025-ci ildə artroskopiya əməliyyatı keçirib. Meniskin qorunması səbəbilə bərpa prosesi təxminən 4–5 ay davam edib.
Enerjisi və döyüşkən xarakteri ilə tanınan 6 nömrəli yarımmüdafiəçi bu müddət ərzində bir neçə ay meydanlardan kənarda qalıb. Lakin reabilitasiya prosesini tam şəkildə yerinə yetirən Qavi indi yenidən “Barselona” heyətində oynamağa hazırdır.
Beləliklə, ispaniyalı futbolçu uzun fasilədən sonra komandasının “Sevilya” ilə keçirəcəyi qarşılaşmada yenidən meydana qayıda biləcək.
Nazim Xeyrxəbərli
