Bu gün:

Arsenalın gənc ulduzu Mayls Lyuis Skellinin karyerasında qeyri müəyyənlik yaranıb


"Arsenal"ın akademiyasından yetişən 19 yaşlı müdafiəçi Mayls Lyuis-Skelli ötən mövsümdəki sürətli yüksəlişindən sonra hazırda əsas heyətə düşmək üçün ciddi mübarizə aparır. Ötən il Çempionlar Liqasında ulduzlaşan və İngiltərə millisinə namizəd göstərilən gənc futbolçu bu il gözləniləndən daha az oyun şansı tapır.

"Arsenal"ın gənc müdafiəçisi Mayls Lyuis-Skelli məşq prosesi zamanı

BBC-nin verdiyi məlumata görə, baş məşqçi Mikel Arteta çempionluq yarışında daha təcrübəli oyunçulara üstünlük verir. Rikkardo Kalafiori və Piero Hinkapie kimi yeni transferlərin heyətə qatılması gənc müdafiəçinin şanslarını azaldıb. Buna baxmayaraq, o, cari mövsümdə bütün turnirlər daxil olmaqla 12 matçda meydana çıxıb.

Ötən il İngiltərə millisində debüt edən ən gənc oyunçu olan Mayls klubundakı oyun dəqiqələrinin azlığı səbəbindən son toplanışlardan kənarda qalıb. Artetanın onun potensialını yüksək qiymətləndirməsinə baxmayaraq, gənc futbolçunun yayda icarəyə göndərilə biləcəyi müzakirə olunur.

Hazırda 19 yaşlı istedadın karyera planı və "topçular"dakı gələcəyi idman mətbuatının əsas müzakirə mövzularından biridir.

"Arsenal" kimi iddialı klubda gənc oyunçuların stabil yer qazanması olduqca çətindir. Lyuis-Skelli böyük potensial olsa da, inkişafı üçün mütəmadi oyun təcrübəsinə ehtiyacı var. Onun üçün ən doğru addım təcrübə toplamaq məqsədilə müvəqqəti olaraq başqa kluba keçmək ola bilər.

Fatimə Salmanlı

Paylaş
Şərh əlavə et