Ev sahibi olan "İmişli" 5-0 məğlub olub.
Quba İdman Olimpiya Kompleksi,"İmişli"-"Sabah" matçı
Hesab 10-cu dəqiqədə Stiv Solvetin vurduğu qolla açılıb. Növbəti qollar isə Coy Lens Mikels, Kahin Parris və Aleksey İsayev tərəfindən vurulub.
Qeyd edək ki, turun ikinci oyun günündə növbəti matç da məhz bu gün, 14 mart saat 19:15-də "Qarabağ" və "Zirə" arasında baş tutacaq. Hər iki komandaya da uğurlar arzu edirik.
Müəllif: Zeynəb Şahmarova
