Bu gün:

Andrey Kimi Antonelli Çin "Grand Prix"nə ilk sıradan başlayacaq


Formula 1 üzrə Dünya Çempionatında sabah keçiriləcək mövsümün ikinci yarışı olan Çin "Grand-Prix" üçün sıralama turları keçirilib. 

Çində yerləşən Şanxay Beynəlxalq Avtodromunda keçiriləcək yarış 5,4 kilometrlik trasda 56 turdan ibarət olacaq.


Sıralama turunda “Mersedes-AMQ Petronas” Formula 1 komandasının 19 yaşlı italiyalı pilotu Andrey Kimi Antonelli 1 dəqiqə 32,064 saniyəlik nəticə göstərərək poul mövqeyini qazanıb. Bununla da Antonelli Formula 1 tarixində poul mövqeyi qazanan ən gənc pilot olub.


Əvvəlki rekord 21 yaşında bu nəticəyə nail olan alman pilot Sebastyan Fettelə məxsus olub.


Antonellidən 0,222 saniyə geri qalan komanda yoldaşı Corc Rassel ikinci yeri tutub. “Skuderiya Ferrari” komandasının pilotu Lyuis Hemilton isə liderdən 0,351 saniyə geri qalaraq üçüncü olub.


Mənbə: TRT Sports


Tərcümə etdi: Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et