Marmaris Qalatasaraylı İş Adamları Dərnəyi tərəfindən təşkil olunan proqramda sarı-qırmızı klubun tərəfdarları bir araya gəlib. 
Tədbirdə çıxış edən “Galatasaray Sportif A.Ş.” sədr müavini İbrahim Hatipoğlu bildirib ki, komanda qarşıdakı oyunda qələbə qazanacağına inanır: " İnanırıq ki, çərşənbə günü "Liverpul" komandasını məğlub edərək hamımız birlikdə ilk bayram sevincini yaşayacağıq".
Sitələr məhəlləsində keçirilən tədbirdə İbrahim Hatipoğlu ilə yanaşı, dərnək üzvləri, idman ictimaiyyətinin nümayəndələri və protokol üzvləri də iştirak ediblər.
Tədbirdə çıxış edən İlyas Aktaş isə deyib: "Çərşənbə günü oynayacağımız matçdan qalib ayrılacağımıza inanırıq. Həm meydanda qələbə qazanaraq, həm də Ramazan ayının mənəvi atmosferində ikiqat bayram yaşayacağıq".
Mənbə: TRT Sports
Tərcümə etdi: Fəqan Nurullazadə
