Hücumçu Məhəmməd Kudus "Atletiko Madrid"-ə keçə bilər.
Məhəmməd Kudus
24media.az Euro.football.ru-ya istinadən bildirir ki, hücumçu gizli şəkildə "Madrid" klubu ilə dörd il yarımlıq müqavilə üzrə şifahi razılığa gəlib. Əgər "Tottenhem" cari mövsümün sonunda İngiltərə Premyer Liqasından düşərsə, "Atletiko Madrid" bu yay qanalı oyunçunu transfer etməkdə əmindir. Kudusun özü də "matrasçılar"a qoşulmaqda maraqlıdır.
Qeyd edək ki, Məhəmməd Kudus 2025-ci ildə "Vest Hem"-dən 63 milyon avroya "Tottenhem"-ə keçib. Onun London klubu ilə müqaviləsi 30 iyun 2031-ci ilə qədərdir. Hücumçu bu mövsüm "Tottenhem"-in heyətində bütün turnirlərdə 26 oyunda iştirak edib, üç qol vurub və altı məhsuldar ötürmə edib.
Zeynəb Şahmarova
