Bu gün:

ABB-dən 200 min manatadək təmir krediti


ABB təmir işlərini həyata keçirmək üçün böyük məbləğdə vəsaitə ehtiyacı olan müştərilər üçün yeni kredit imkanı təqdim edib.

24media.az  APA-ya istinadən xəbər verir ki, müştərilər 200 min manata qədər təmir kreditini sərfəli şərtlərlə, uzun müddətə və tam onlayn şəkildə əldə edə bilərlər. Kredit həm mənzillərin, həm də fərdi yaşayış və bağ evlərinin, eləcə də müxtəlif obyektlərin təmiri üçün nəzərdə tutulub.

Kreditin şərtləri:

* Maksimal məbləğ: 200 000 AZN

* İllik faiz dərəcəsi: 14%-dən başlayır

* Müddət: 59 ayadək

Rəsmi gəlirə malik hər bir Azərbaycan vətəndaşı bu kreditdən yararlana bilər. Krediti ABB Home platforması, ABB mobile tətbiqi, bankın rəsmi internet səhifəsi və ya bankın istənilən filialı vasitəsilə əldə etmək mümkündür.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı ABB-nin filial və şöbələrindən, rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən və sosial şəbəkə səhifələrindən əldə etmək olar.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et