İtaliya A Seriyasında lider İnter bu həftəsonu vacib oyuna çıxacaq. Milan təmsilçisi şənbə günü doğma meydanda Atalantanı qəbul edəcək.

İnterin futbolçusu Federiko Dimarko qapıya zərbə vurur.
24media.az Reuters-ə istinadən xəbər verir ki, Baş məşqçi Kristian Kivunun komandası bazar günü Milan dərbisində Milan klubuna 0:1 hesabı ilə məğlub olsa da, turnir cədvəlinin zirvəsində 7 xallıq üstünlüyünü qoruyur. Madonnina dərbisində alınan bu məğlubiyyət mövsümün son mərhələsi yaxınlaşarkən İnterin uğurlu seriyasına son qoyub. Komanda eyni zamanda zədələrin artdığı bir dövrdə çempionluq mübarizəsini davam etdirməyə çalışır.
Nazim Xeyrxəbərli
