İngiltərə Premyer Liqasında çempionluq mübarizəsi aparan "Arsenal" bu mövsüm künc zərbələrindən 16 qol vuraraq rəqiblərini üstələyib.

"Arsenal"ın müdafiəçiləri Qabriel və Saliba künc zərbəsindən sonra qazanılan uğuru qeyd edərkən.
İngiltərənin 6-cı divizionu olan "National League North"da mübarizə aparan "Kidderminster Harriers" klubu bu taktikanı zərərsizləşdirməyin yolunu tapıb.
Klubun baş məşqçisi Adam Murray rəqib künc zərbəsi istifadə edərkən 5 futbolçunu hücumda saxlamaqla riskli, lakin effektiv bir addım atıb. Bu yanaşma "Alfreton"la matçda əks-hücumla qələbə qolunun vurulmasına səbəb olub. Keçmiş qapıçı Şey Givenin fikrincə, əgər müdafiə olunan tərəf irəlidə çox oyunçu saxlasa, "Arsenal" da müdafiədə ən azı 4 nəfər saxlamağa məcbur olacaq ki, bu da cərimə meydançasındakı xaotik izdihamı aradan qaldıracaq.
"Arsenal"ın standart vəziyyətlərdə yaratdığı süni izdiham rəqibləri çarəsiz qoyur. Hesab edirəm ki, "Kidderminster"in tətbiq etdiyi "hücumla müdafiə" taktikası böyük klubların da "Arsenal"ın künc zərbəsi kabusuna qarşı istifadə edə biləcəyi ən real çıxış yoludur. Rəqibi öz cərimə meydançasından çıxarmaq üçün onları müdafiə haqqında düşünməyə məcbur etmək lazımdır.
Fatimə Salmanlı.
