Ardıcıl üç mövsüm Premyer Liqada ikinci yeri tutduqdan sonra Mikel Arteta cavab axtarmağa başlayıb.

Haynze 2025-ci ilin iyulunda Artetanın məşqçilər heyətinə qoşulur.
24media.az BBC-yə istinadən xəbər verir ki, baş məşqçi düşünürdü ki, komandanın çempion olması üçün heyət daha dərin olmalı, futbolçuların psixoloji hazırlığı isə daha güclü olmalıdır. Buna cavab olaraq klub səkkiz yeni futbolçu transfer edib. Lakin yayda komandaya qoşulan ən vacib şəxs bəlkə də ən diqqət çəkməyən isim olub. Arteta kömək üçün ən köhnə və etibarlı tərəfdaşlarından birinə – sabiq Argentina, Pari Sen-Jermen, Real Madrid və Mançester Yunayted müdafiəçisi Qabriel Haynzeyə müraciət edib. O, komandadan ayrılan köməkçi məşqçi Karlos Kuestanı əvəzləyib. Arteta ilə Haynze ilk dəfə 2001-ci ildə Pari Sen-Jermendə baş məşqçi Luis Fernandesin rəhbərliyi altında tanış olublar.
Nazim Xeyrxəbərli
