Bu gün:

FIFA: "Dünya Çempionatı Yaxın Şərq münaqişəsinə görə təxirə salınmayacaq"


FİFA-nın əməliyyat direktoru Heymo Şirgi bildirib ki, Dünya Çempionatı “çox böyük turnirdir” və Yaxın Şərqdə davam edən münaqişəyə baxmayaraq, 2026-cı il turniri planlaşdırıldığı kimi keçiriləcək.

Oyun başlamazdan əvvəl FİFA loqosunun ümumi görüntüsü

24media.az "Reuters"-ə istinadən xəbər verir ki, Şirgi bu fikirləri bazar ertəsi Dallas şəhərində yerləşən Beynəlxalq Yayım Mərkəzində çıxışı zamanı səsləndirib. Ona, xüsusilə İran millisinin taleyi ilə bağlı sual verilib. Bildirilib ki, İsrail və ABŞ-nin ölkəyə qarşı apardığı müharibə səbəbindən İranın Dünya Çempionatında iştirakı qeyri-müəyyən olaraq qalır. 

Mələk Nəsirli 

Paylaş
Şərh əlavə et