Rusiyalı iş adamı Roman Abramoviçin vəkilləri bildiriblər ki, o, Böyük Britaniya hökumətinin “Çelsi” futbol klubunun satışından əldə olunan vəsaiti müsadirə etmək cəhdinə qarşı mübarizə aparacaq.

Roman Abramoviç İstanbulda imza mərasimində iştirak edir
Vəkillərin sözlərinə görə, 2,5 milyard funt sterlinq (təxminən 3,34 milyard dollar) məbləğində olan bu vəsait Abramoviçə məxsusdur və onun alınmasına yönələn istənilən addıma qarşı hüquqi mübarizə aparılacaq. Böyük Britaniya hökuməti Moskvanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra rus oliqarxlarına qarşı tətbiq olunan sanksiyalar çərçivəsində Roman Abramoviçə də sanksiya qoyub. Bu qərar nəticəsində “Premyer Liqa” təmsilçisi olan “Çelsi” futbol klubu 2022-ci ildə təcili şəkildə satışa çıxarılıb.
Mələk Nəsirli
