Bu gün:

İtaliya yığması Simon Ferrari­ni "Uels"lə oyunda itirib


İtaliya milli komandası “Altı Millət” çempionatının son turunda "Uels"ə qarşı keçirəcəyi oyunda dayaq oyunçusu Simon Ferrarinin xidmətindən yararlana bilməyəcək. 

İtaliya yığması və İngiltərə millisinin mübarizəsi - 7 mart 2026 

24media.az "Reuters"ə istinadən bildirir ki, bu barədə İtaliya Reqbi Federasiyası bazar ertəsi məlumat yayıb.

Qeyd olunan məlumata əsasən, 31 yaşlı oyunçu həftəsonu İngiltərə üzərində qazanılan tarixi qələbə zamanı boyun nahiyəsindən zədə alıb. Ferrari bu mövsüm çempionatda İtaliya yığmasının keçirdiyi bütün dörd oyuna start heyətində başlayıb. O, şənbə günü Roma şəhərindəki “Olimpiko” stadionunda keçirilən və İtaliyanın İngiltərə üzərində tarixdə ilk qələbəsi ilə nəticələnən qarşılaşmada da meydana startdan çıxıb.

Qeyd edək ki, İtaliya yığması həmin oyunda İngiltərəni 23:18 hesabı ilə məğlub edib. Ferrari isə görüşün 51-ci dəqiqəsində əvəzlənərək meydanı tərk edib.

Nazim Xeyrxəbərli 

Paylaş