İrakli Kobaxidze bildirib ki, Gürcüstan düzgün istiqamətdə irəliləyir və Avropa İttifaqı öz kursuna yenidən baxmalıdır. Baş nazir bu fikirləri jurnalistlərə açıqlamasında səsləndirib.

24media.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, Kobaxidze Avropa bürokratiyasının Aİ-ni hansı istiqamətə apardığının aydın olmadığını qeyd edib. O vurğulayıb ki, Gürcüstanın əsas xarici siyasət prioriteti avrointeqrasiya olaraq qalır.
Baş nazir həmçinin Avropa Komissiyasının Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız rejimi müvəqqəti dayandırmasını ikili standart kimi qiymətləndirib. Onun sözlərinə görə, bu qərar Avropa bürokratiyasında ciddi problemlərin mövcud olduğunu göstərir.
Amina Paşazadə
