“Barselona”nın baş məşqçisi Hansi Flik və komanda heyəti “Atletik Bilbao” ilə oyundan sonra diqqəti müvəqqəti olaraq İspaniya La Liqasından ayıraraq Avropa Çempionlar Liqası matçına yönəldib.

“Barselona” San Mames stadionunda qələbədən sonra Avropa Çempionlar Liqasının 1/8 final mərhələsinə hazırlaşır.
Kataloniya təmsilçisi martın 10-da keçiriləcək 1/8 final mərhələsinin ilk oyununda İngiltərədə “Nyukasl Yunayted”lə qarşılaşacaq. Görüş Nyukasldakı “Sent Ceyms Park” stadionunda baş tutacaq.Səfərə ümumilikdə 23 futbolçu yollanıb. Heyətdə Qavi də yer alıb. Lakin gənc yarımmüdafiəçi hələ klubun tibbi heyəti tərəfindən tam hazır hesab edilməyib.
Nazim Xeyrxəbərli
