Bu gün:

Pep Qvardiolaya iki oyunluq texniki zona qadağası verilib


Pep Qvardiolain rəhbərlik etdiyi “Mançester Siti”-nin baş məşqçisi mövsümdə altıncı sarı vərəqəni aldığı üçün iki oyunluq texniki zona qadağası ilə cəzalandırılıb.

Hadisə “Nyukasl Yunayted”lə İngiltərə Kuboku oyununda baş verib. Qarşılaşma zamanı Qvardiola meydanın kənarında dördüncü hakim Lüis Smit ilə mübahisə etdikdən sonra baş hakim Sam Barrott tərəfindən sarı vərəqə ilə cəzalandırılıb. Bu epizod Kiren Trippiyerin Ceremi Dokunu yıxmasından sonra baş verib. Beləliklə, mövsümdə altıncı sarı vərəqəni alan Qvardiola avtomatik olaraq iki oyunluq texniki zona cəzası alıb. Bununla belə, o, Liqa Kubokunun final oyununda komandasını texniki zonadan idarə edə biləcək. 

Mələk Nəsirli

Paylaş
Şərh əlavə et