Lamin Yamal milli komanda üçün 50 qol vuran ən gənc oyunçu olub.

"Barselona"-"Atletiko" matçı, Lamin Yamal
Dünən İspaniya La Liqasının 27-ci turunda "Barselona" səfərdə "Atletik Bilbao"nu 1:0 hesabı ilə məğlub edib.
Qələbə qolunu katalonların gənc lideri Lamin Yamal vurub. Pedrinin parlaq ötürməsindən sonra Yamal topu Unainin qapısının yuxarı küncünə ustalıqla yerləşdirib.
Lamin, həmçinin daha bir rekorda imza atıb. O, 18 yaşında XXI əsrdə ilk beşlik liqasında bir klub və milli komanda üçün 50 qol vuran ən gənc oyunçu olub.
Mənbə: Terrikon
Tərcümə etdi: Zeynəb Şahmarova
