Birləşmiş Ərəb Əmirlikləri İran tərəfindən həyata keçirilən yeni dron və raket hücumuna məruz qalıb. Hücumun qarşısının hava hücumundan müdafiə sistemləri tərəfindən alındığı bildirilib.

24media.az APA-ya istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkənin hava hücumundan müdafiə sistemləri hücumu vaxtında aşkarlayaraq təhlükəni zərərsizləşdirib.
Xatırladaq ki, daha əvvəl Məsud Pezeşkian televiziya müraciətində Fars körfəzi ölkələrinə endirilən zərbələrə görə üzr istədiyini bildirib. O qeyd edib ki, bundan sonra İran qonşu ölkələrə yalnız cavab tədbiri kimi zərbə endirəcək.
Arzu Qafarova
