Bu gün:

İsrail Hizbullah komandirlərini hədəf alıb


İsrail Müdafiə Qüvvələri Livanın cənub və şərq bölgələrində gecə saatlarında hava zərbələri həyata keçirib. Hücumların əsas hədəfinin Hizbullaha məxsus obyektlər və komandirlər olduğu bildirilib.

24media.az APA-ya istinadən xəbər verir ki, zərbələr zamanı Cənubi Livan və Bekaa vadisində yerləşən raket buraxılış sistemləri, silah anbarları və qruplaşmaya aid hərbi obyektlər vurulub.

Məlumata görə, Majdal Səlim şəhərində Hizbullahın elit Radvan qüvvələrinin bir neçə komandiri və bu bölməyə aid iki bina hədəfə alınıb. Bildirilir ki, öldürülən komandirlər son dövrlər İsrail hərbçilərinə və mülki əhaliyə qarşı hücumların hazırlanmasında iştirak ediblər.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et