Klub bu yay Məhəmməd Salahın yerinə əsas hədəf kimi RB Leypsiqin 19 yaşlı qanad oyunçusu Yann Diomandeni seçib.
Məhəmməd Salah
"Qırmızılar" üçün ikinci bir seçim aradan qaldırılıb və misirli ulduzla birlikdə daha bir əsas oyunçunun "Enfild"i tərk etməsi ehtimalı yüksəkdir.
Salahın yayda Liverpuldan ayrılacağı və karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi gözlənilir.
İngiltərə klubu əvvəllər Salahın potensial əvəzedicisi kimi "Bavariya"nın oyunçusu Maykl Olisehi nəzərdən keçirirdi, lakin danışıqlar irəliləməyib: oyunçu getməyə tələsmir və Münhen klubu onu satmaq istəmir.
Mənbə: Vesti.kz
Tərcümə etdi: Zeynəb Şahmarova
