Bu gün:

Kubokda püşkatma 11 martda keçiriləcək


Ziraat Türkiyə Kubokunda dördəbir final və yarımfinal mərhələsinin püşkatması 11 mart çərşənbə günü keçiriləcək.

Türkiyə Futbol Federasiyasının (TFF) açıqlamasına görə, püşkatma klub nümayəndələrinin iştirakı ilə 11 mart çərşənbə günü saat 14:00-da İstanbul Maliyyə Mərkəzində yerləşən Ziraat Bankası Auditoriyasında keçiriləcək.

Qrup mərhələsində bir-biri ilə qarşılaşan komandalar dörddəbir finalda yenidən üz-üzə gələ bilməyəcək.

Dörddəbir final oyunları tək oyunluq eleme sistemi ilə, səpələnmiş komandaların meydanında oynanacaq.

Ziraat Türkiyə Kubokunda dörddəbir final qarşılaşmaları 21, 22 və 23 aprel tarixlərində keçiriləcək.


Mənbə: TRT Sports

Tərcümə etdi: Nurullazadə Fəqan

Paylaş
Şərh əlavə et