Bu gün:

Şerifin bazar dəyəri 11 milyon avro artıb


Alman internet saytı Transfermarket 2026-cı ilin bazar dəyəri yenilənməsini açıqlayıb. "Fənərbaxça"nın 19 yaşlı hücumçusu Sidiki Şerifin bazar dəyəri 7 miylon avrodan 18 milyon avroya yüksələrək ən böyük artım kimi diqqət çəkib.

Yenilənmədə liqanın ən dəyərli futbolçusu olmağı Victor Osimhen davam etdirdi, Matteo Guendouzi isə ikinci sıradakı yerini qorudu. Barış Alper Yılmaz üçüncü sıraya yüksələrək ən dəyərli türk futbolçu olmağı bacarıb.


Yenilənmədən sonra klubların heyət dəyərlərində də mühüm dəyişikliklər baş verdi. Galatasarayın heyət dəyəri 8 milyon avro artaraq 345 milyon avroya yüksəlib. "Fənərbaxça" isə 11 milyon avro artımla 248 milyon avroya çatıb.


Mənbə: TRT Sports

Tərcümə etdi: Fəqan Nurullazadə


Paylaş
Şərh əlavə et