Bu gün:

XİN rəhbərləri Azərbaycan və Moldova arasındakı əməkdaşlığı müzakirə ediblər


Ceyhun Bayramov Bakıda Mixay Popşoi ilə keçirilən birgə mətbuat konfransında iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərinin müzakirə olunduğunu bildirib. Nazir qeyd edib ki, tərəflər üçün vacib olan bütün sahələr üzrə fikir mübadiləsi aparılıb.

24media.az APA-ya istinadən xəbər verir ki, görüş zamanı beynəlxalq platformalarda əməkdaşlıq, regional təhlükəsizlik və qlobal çağırışlara cavab məsələləri müzakirə edilib. Bildirilib ki, 2025-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 11 milyon ABŞ dolları təşkil edib və bu potensialın artırılması, eləcə də qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib.

Nazir həmçinin enerji sahəsində əməkdaşlığın mövcud olduğunu vurğulayıb və son illərdə Azərbaycan qazının alıcılarının sayının artdığını qeyd edib. Bununla yanaşı, “yaşıl enerji” istiqaməti və Orta Dəhliz layihəsinin geniş potensialı, həmçinin Moldova nəqliyyat şirkətlərinin bu prosesdə iştirakı da müzakirə mövzusu olub.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et