Alman internet saytı "Transfermarket" 2026-cı ilin bazar dəyəri yenilənməsini açıqlayıb. "Fənərbaxça"nın 19 yaşlı hücumçusu Sidiki Şerifin bazar dəyəri 7 milyon avrodan 18 milyon avroya yüksələrək ən böyük artım kimi diqqət çəkib.
Transfer dəyərlərinin son yenilənməsindən sonra liqanın ən dəyərli futbolçusu olmağı Viktor Osimhen davam etdirib. Mateo Genduzi siyahıda ikinci pillədəki yerini qoruyub.
Barış Alper Yılmaz isə üçüncü sıraya yüksələrək liqanın ən dəyərli türk futbolçusu olub.
Yenilənmədən sonra klubların heyət dəyərlərində də dəyişikliklər qeydə alınıb. "Qalatasaray"ın heyət dəyəri 8 milyon avro artaraq 345 milyon avroya çatıb.
"Fənərbaxça"nın heyət dəyəri isə 11 milyon avro artaraq 248 milyon avroya yüksəlib.
Mənbə: TRT Sports
Tərcümə etdi: Fəqan Nurullazadə
