Bu gün:

BMMT Azərbaycana dəstək bəyanatı yayıb


Beynəlxalq Mülki Müdafiə Təşkilatının Daimi Katibliyi Azərbaycana qarşı son hücumlarla bağlı bəyanat yayıb. Sənəddə Azərbaycanın üzv dövlət kimi üzləşdiyi hadisələrlə əlaqədar dərin narahatlıq ifadə olunub və ölkə hökuməti ilə xalqına həmrəylik bildirilib.

24media.az APA-ya istinadən xəbər verir ki, bəyanatda Azərbaycanın mülki müdafiə və fövqəladə hallara hazırlıq sahəsində regional əməkdaşlığın gücləndirilməsinə töhfə verən ölkələrdən biri olduğu qeyd edilib. Bildirilib ki, ölkə bu istiqamətdə təşkilat çərçivəsində mühüm rol oynayır.

Qərargahı Cenevrədə yerləşən təşkilat mülki əhalinin və həyati əhəmiyyətli xidmətlərin qorunmasının əsas prioritet olduğunu vurğulayıb. Bəyanatda zərər çəkən insanlara başsağlığı verilib və regional və beynəlxalq mülki müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et