Edqars Rinkeviçs martın 5-də İlham Əliyevə telefonla zəng edib. Danışıq zamanı tərəflər iki ölkə arasında münasibətlər və regional məsələlər barədə fikir mübadiləsi aparıblar.

24media.az APA-ya istinadən xəbər verir ki, Latviya Prezidenti İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə etdiyi hücumu qətiyyətlə pislədiyini bildirib. O, baş verən hadisə ilə bağlı Azərbaycan dövləti və xalqı ilə həmrəy olduğunu vurğulayıb, yaralananlara tezliklə sağalma arzulayıb.
Prezident İlham Əliyev göstərilən dəstəyə və telefon zənginə görə Latviyanın dövlət başçısına təşəkkür edib. Söhbət zamanı Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, gələcək təmaslar və əməkdaşlığın perspektivləri də müzakirə olunub.
Arzu Qafarova
