Rəqəmsal dünya dilinin bir parçası sayılan və müxtəlif vəziyyətlər üçün simvollar ehtiva edən emojilər virtual platformalarda, xüsusilə sosial media platformaları və mesajlaşma proqramlarında geniş şəkildə istifadə edilir. 17 iyul 2014-cü ildən "Ümumdünya Emoji Günü" kimi qeyd olunur.
Crossword-Solver saytının 75 ölkədə apardığı araşdırmaya görə, hazırda istifadədə olan 3 mindən çox emoji olsa da, minlərlə emoji olsa da, bəziləri istifadəçilər tərəfindən daha çox seçilir.

Ən çox istifadə edilən emojilər siyahısında birinci yerdə “sevinc göz yaşları ilə gülən üz” emojisi gəlir. Ən çox istifadə edilən ikinci emoji ürək emojisidir.
Hər ölkələrdə fərqli məna ola bilər
Türkiyədə isə ən çox sevinc göz yaşları olan gülən sima emojisinə üstünlük verilir. Bu emoji əksər ölkələrdə zirvədə olsa da, bəzi ölkələrdə ən çox istifadə edilən emojilər fərqlidir. Məsələn, Böyük Britaniyada ürək, Hindistanda birləşmiş əllər (dua edən əllər), Səudiyyə Ərəbistanında ağ ürək, İsveçrədə ölkə bayrağı emojisi daha çox istifadə olunur.
Araşdırmada emojilərin bütün dünyada istifadə olunsa da, bəzi məqamlarda universal bir dil olmadığı, bir ölkədə normal sayıla biləcək emodinin başqa bir ölkədə müxtəlif mənfi mənalar daşıya biləcəyi bildirilir.
Mənbə: Cumhuriyet
Tərcümə etdi: Namiq Atamalıyev
