İngiltərə Futbol Liqası Çempionatının klubları pley-off mərhələsinin genişləndirilməsinə səs veriblər. Qərara əsasən, pley-offda iştirak edən komandaların sayı dörddən altıya artırılacaq.

“Sanderlend” klubu 2024–2025 mövsümündə Çempionatda dördüncü yeri tutduqdan sonra pley-off oyunları vasitəsilə İngiltərə Premyer Liqasına yüksəlməsi
24media.az BBC-yə istinadən xəbər verir ki, yeni sistem Milli Liqa formatına bənzəyəcək və 2026–2027 mövsümündən tətbiq olunacaq. Beləliklə, çempionatda üçüncü yerdən səkkizinci yerədək olan komandalar Premyer Liqaya yüksəlmək uğrunda mübarizə aparacaqlar. Məlumata görə, beşinci yeri tutan komanda öz meydanında səkkizinci yerlə, altıncı yeri tutan komanda isə yeddinci yerlə bir oyundan ibarət dörddəbir final mərhələsində qarşılaşacaq.
Yarımfinallar əvvəlki kimi iki oyundan ibarət olacaq. Final matçı isə ənənəvi olaraq may ayının sonunda Uembli stadionunda keçiriləcək. Hazırda İngiltərə Futbol Liqasının Birinci Liqası və İngiltərə Futbol Liqasının İkinci Liqasında pley-off mərhələsinin genişləndirilməsi ilə bağlı plan yoxdur. Qeyd olunur ki, bu təklif bir neçə mövsümdür müzakirə olunurdu və sonda İngiltərə Futbol Liqası rəhbərliyi ilə İngiltərə Futbol Assosiasiyası tərəfindən təsdiqlənib.
Mələk Nəsirli
