Bu gün:

Qalatasaray azarkeşlərinə Liverpul oyununda qadağa


24media.az saytı Reuters-ə istinadən xəbər verir ki,Galatasaray azarkeşləri bu ay keçiriləcək Çempionlar Liqası oyununda səfərdə Liverpool FC ilə qarşılaşma üçün bilet ala bilməyəcək.

UEFA Çempionlar Liqası – Pley-off – Cavab oyunu – Juventus – Galatasaray – Allianz Stadium, Turin, İtaliya – 25 fevral 2026

“Galatasaray azarkeşi Viktor Osimhen-dən sonra məşəl (fakel) yandırarkən…”


Qərar UEFA-nın Apellyasiya Orqanı tərəfindən təsdiqlənib. Sanksiyalar ötən həftə Turində Juventus FC-la matç zamanı qalatasaraylı azarkeşlərin əşyalar atması, pirotexniki vasitələr yandırması və iğtişaş törətməsi səbəbilə tətbiq olunub.Media məlumatlarına görə, Turində keçirilən görüşdə Qalatasaray azarkeşlərinin atdığı fişəng nəticəsində bir kişi və onun qızı xəsarət alıb. Həmin oyunda 10 nəfərlə qalan Juventus ilk matçdakı 2:5 hesablı məğlubiyyətin əvəzini çıxaraq üç top fərqini aradan qaldırıb və Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşmanı əlavə vaxta daşıyıb.


Mələk Nəsirli

Paylaş