Nikol Paşinyan gürcü həmkarı İrakli Kobaxidze ilə görüşü zamanı onu “Tramp marşrutu”, Azərbaycanla sülh prosesi və Türkiyə ilə münasibətlər barədə məlumatlandırdığını açıqlayıb. O, bu barədə birgə mətbuat konfransında danışıb.

24media.az APA-ya istinadən xəbər verir ki, Paşinyan regional və beynəlxalq gündəmdə baş verən proseslər barədə Kobaxidzeyə ətraflı məlumat verdiyini bildirib. Onun sözlərinə görə, müzakirələrdə bölgədəki ümumi vəziyyət də diqqət mərkəzində olub.
Baş nazir həmçinin Ermənistanla Rusiya arasındakı hazırkı münasibətlərə toxunduğunu qeyd edib. O vurğulayıb ki, tərəfləri həm regionun, həm də Avropa İttifaqının maraqları birləşdirir.
Arzu Qafarova
