Amerika Birləşmiş Ştatlarının Ər-Riyaddakı səfirliyinin binasına endirilən zərbə nəticəsində damın bir hissəsi çöküb. Hadisə ilə bağlı ilkin məlumatlarda tikiliyə ziyan dəydiyi qeyd olunur.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Associated Press-in yaydığı məlumatda, Dövlət Departamentinin daxili sənədinə əsasən bildirilib. Sənəddə əməkdaşlar arasında ölən və ya yaralananların olub-olmaması barədə dəqiq informasiya verilməyib.
Bununla yanaşı, Küveyt şəhərində yerləşən səfirliyin iki dron hücumuna məruz qaldığı, lakin bina üzrə ciddi ziyanın qeydə alınmadığı vurğulanıb. Hadisələrin təfərrüatları araşdırılır.
Arzu Qafarova
