Bu gün:

İran Ordusu Oman ərazisinə hücum iddialarını təkzib edib


24media.az TRT Haber.com-a istinadən xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahı Oman ərazisinə hərbi hücum edilməsi ilə bağlı iddiaları rədd edib.

Qurumun yaydığı açıqlamada bildirilib ki, İran silahlı qüvvələri dost və qonşu ölkə olan Omanın ərazisinə və ya limanlarına qarşı heç bir hərbi əməliyyat həyata keçirməyib.

Səhər saatlarında Oman ərazisində yerləşən Dukm Ticarət Limanına pilotsuz uçuş aparatı ilə hücum edildiyi, yanacaq anbarlarından birinin zərər gördüyü bildirilib.

İran, həmçinin Səudiyyə Ərəbistanının Ras Tanura neft obyektinə hücum edilməsi ilə bağlı məlumatları da təkzib edib.

İran mediasında yayılan xəbərlərdə Səudiyyə Ərəbistanındakı neft emalı zavoduna hücumun İran tərəfindən deyil, İsrail tərəfindən həyata keçirildiyi iddia olunub.

Bundan əlavə, amerikalı jurnalist Taker Karlson Səudiyyə Ərəbistanı və Qətərdə bombalı hücumlar planlaşdırmaqda şübhəli bilinən Mossad agentlərinin saxlanıldığına dair iddia irəli sürüb.

Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et