24media.az Barcelona.com-a istinadən bildirir ki, İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "FC Barselona" səfərdə "Atletiko Madrid" ilə qarşılaşacaq. Komandanın oyun üçün heyəti açıqlanıb.

Baş məşqçi Hansi Flick oyunöncəsi mətbuat konfransında bildirib ki, komanda ilk matçdakı 0:4 hesablı məğlubiyyətə baxmayaraq, mübarizəni davam etdirəcək: “Qeyri-mümkünü etməyə çalışacağıq”. Kataloniya təmsilçisi ciddi itkilərlə üzləşib. Həftəsonu “Vilyarreal”a qarşı 4:1 hesablı qələbə matçında zədələnən Robert Lewandowski bu oyunda iştirak etməyəcək. Həmçinin Frenkie de Jong, Gavi və Andreas Christensen zədə səbəbindən heyətdən kənarda qalıb. İlk oyunda qırmızı vərəqə alan Eric Garcia isə diskvalifikasiya olunub.“Barselona”nın matç üçün heyəti belədir: Kanselo, Balde, Araujo, Kubarsi, Ferran, Pedri, Lamine Yamal, Rafinya, Joan Qarsiya, Reşford, Fermin, Kasado, Jerar Martin, Runi, Olmo, Bernal, Kunde, Şçensnı, Koçen və Tommi. Qeyd edək ki, yarımfinalın cavab görüşü çərşənbə axşamı saat 21:00-da start götürəcək.
Nazim Xeyrxəbərli
