24media.az Reuters.com saytına istinadən xəbər verir ki,2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək futbol üzrə dünya çempionatının startına 100 gün qalmış biletlərə maraq kəskin artıb.

İnsanlar 25 fevral 2026-cı il tarixində Meksikanın Qvadalaxara şəhərində küçədə quraşdırılmış 2026-cı il FIFA Dünya Çempionatına geri sayım saatının qarşısından keçirlər. REUTERS/Jose Luis Gonzalez
Məlumata görə, yüksək qiymətlərə baxmayaraq, azarkeşlər arasında biletlərə tələbat pik həddə çatıb. Bununla belə, bəzi azarkeşlər qiymətlərin həddən artıq baha olmasından narazılıq edirlər.Agentlik qeyd edir ki, qlobal gərginlik fonunda təhlükəsizlik məsələləri də müzakirə mövzusuna çevrilib. Xüsusilə ABŞ və İsrailin İrana qarşı zərbələrindən sonra yaranan beynəlxalq vəziyyət, eləcə də İran millisinin qrup mərhələsi oyunlarını ABŞ-də keçirəcək olması müəyyən narahatlıqlara səbəb olub.Bundan əlavə, ABŞ-nin Miqrasiya və Gömrük Mühafizə Xidmətinin (ICE) əməkdaşlarının sərt tədbirləri, eləcə də Meksikanın ev sahibi şəhərlərindən biri olan Qvadalaxara yaxınlığında ölkənin ən çox axtarılan kartel liderinin ölümündən sonra baş verən zorakılıq halları azarkeşlərin diqqət mərkəzindədir.Bütün bu amillərə baxmayaraq, 2026-cı il dünya çempionatına marağın yüksək olaraq qaldığı bildirilir. Turnir tarixdə ilk dəfə olaraq üç ölkənin birgə ev sahibliyi ilə təşkil olunacaq.
Mələk Nəsirli
